İqtisadiyyat

Azərbaycanın 2024-cü ilin büdcə gəlirləri ilə bağlı müsbət PROQNOZ

Sharing is caring!


“Bu ilin büdcə gəlirlərinin doqquz aylıq icra göstəriciləri, növbəti ilə optimist ssenarinin başvermə ehtimalının yüksək olması gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Təqdim edilmiş layihədə 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 2023-cü illə müqayisədə 282,5 milyon manat çox – 34 milyard 173 milyon manat nəzərdə tutulub. Bunun 50,2%-i qeyri-neft sektorunun, 49,8%-i isə neft-qaz sektorunun hesabına formalaşacaq. Qeyri-neft-qaz sektorunda büdcə daxilolmalarının 1 milyard 58,2 milyon manat artması, neft-qaz sektorundan büdcə daxilolmalarının isə 775,7 milyon manat azalması proqnozlaşdırılır”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir