İdman

Rəşad Sadıqov: “Bu komandaya əl-qol açmağa imkan vermək olmaz”

Sharing is caring!

“İlk hissədə rəqibin səhv etməsini gözləyirdik. 1:0-dan sonra Şahruddin Məhəmmədəliyevin seyvi nəticəyə təsir etdi. İkinci hissədə “Qarabağ”ın üstümüzə çox gəlməsi bizi müdafiədən oynamağa vadar etdi”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov deyib.

Rəşad Sadıqov “Zirə”nin Azərbaycan Kubokunun finalında penaltilər seriyasında “Qarabağ”a uduzmasından danışıb:

“Qismət Alıyevin kənarda qalması onun birəbir oynadığı Abdellah Zubirin əl-qolunu açdı. Builki “Qarabağ” fərqlidir. Zubirin qolu onu göstərir ki, bu komandaya əl-qol açmağa imkan vermək olmaz. Penaltilər zamanı Qismət Alıyev və Təmkin Xəlilzadənin olmaması da öz sözünü dedi. Onlar bizim ştatlı penalti vuranlarımızdır. Təmkin hələ ilk hissədə əvəzlənmək istəyirdi. Onun zədələnməsi səbəbindən Sərtan Taşkını saldım. O da penaltini vura bilmədi. Bugünkü məğlubiyyət dərs götürmək baxımından qələbəyə bərabər idi.

Oyun vermək barədə çox danışıblar. Həmişə “Qarabağ”ın avrokuboklara daşıdıldığı barədə çox danışanlar olub. Amma Qurban Qurbanov və Rəşad Sadıqov şəxsiyyətlərini tanıyanlar bilir ki, biz heç vaxt danışığa getmərik. “Zirə”yə, ya “Qarabağ”a xal lazım olsa, biz o xal üçün sonadək döyüşəcəyik. Heç vaxt Allahın qədərinə qarışmamışıq. Biz həmişə təmiz oyun üçün meydana çıxacağıq.

Hansı mövqelərə oyunçu alacağımızı hələ deyə bilmərəm. Amma 3-5 iddialı futbolçu almaq istəyirik.

Avropa Konfrans Liqasını “Dalğa Arena”da oynamalıyıq. Amma rəhbərliyə demişəm ki, maraqlansınlar görək, Zirədə rəqibləri qəbul etmək mümkündürmü? Çünki Zirə doğma divarlar olduğu üçün orada biz özümüzü daha rahat hiss edirik”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir