İqtisadiyyat

Emin Hüseynov: “Füzulidə məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri ilə təmin olunub”

Sharing is caring!


“Hazırda Füzuli şəhərində məskunlaşmış 258 ailənin 75 faizi muzdlu iş yerləri ilə təmin olunub”.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əhalinin qalan hissə isə ya işə qəbul prosesindədir, ya da müxtəlif sosial paketlərlə təmin olunub:

“Məqsədimiz odur ki, həmin ərazilərə bundan sonra köçəcək insanlar da dayanıqlı iş yerləri ilə təmin olunsunlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir