İqtisadiyyat

“Critical Infrastructure Defence Challenge 2023” yarışının qalibləri müəyyən olunub – FOTO

Sharing is caring!


İki gündür davam edən “Critical Infrastructure Defence Challenge 2023” yarışının qalibləri müəyyən olunub.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində iki gün davam edən “Critical Infrastructure Defence Challenge 2023”( CIDC-2023) tədbirində kibermüharibə ilə bağlı keçirilən yarışda 20 komanda arasında qalib gələn üç komanda mükafatlandırılıb. CIDC-2023 tədbirinin mükafatlandırılma məraaimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi günüral-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov və digər rəsmilər iştirak edib.

Qaliblərə mükafatlarını Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi günüral-leytenant İlqar Musayev təqdim edib. Yarışmanın birincisi 15 min manat mükafatı qazanan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – “UEIB” komandası olub. İkinci yerin qalibi Azercell – “CyberCell” komandası 10 min manat, üçüncü yerin qalibi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti – “Iron Fist” komandası isə 5 min manat mükafata layiq görülüb. Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov sonda tədbirin sponsorlarına və tərəfdaşlara diplomlar təqdim edib.

Daha çox şəkil burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir