İqtisadiyyat

Kibermüharibə yarışının qalibi: “Sonda 15 min manatın qalibi bizim komanda oldu”

Sharing is caring!


“Birinci olduğumuza çox sevinirəm. Çox çətin mübarizə verdik və yekunda qalib olduq”.

Oxu.Az xəbər verir ki, bunu CIDC-2023 tədbiri çərçivəsində kibermüharibə yarışının qalib olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – “UEIB” komandasının üzvü Ceyran Ağazadə deyib.

O bildirib ki, yarışların mərhələləri kifayət qədər çətin idi:

“Müəyyən çətin mərhələləri bütün komandalar öz texnikaları ilə dəf etdilər. Biz də komanda olaraq öz təcrübələrimizə uyğun olaraq dəf etməyə çalışdıq. Bütün komandalarda qarşısında qoyulan hədəf eyni idi. Sonda 15 min manatın qalibi bizim komanda oldu”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir