Dünya

Şarl Mişel: “Aİ Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik səylərini davam etdirəcək”

Sharing is caring!


“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik səylərini davam etdirəcək”.

Bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Şarl Mişel Aİ sammitində Avropa liderlərinin Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi apardığını və Avropa İttifaqının vasitəçilik rolunu davam etdirmək niyyətində olduğu bildirib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Biz ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etmək niyyətindəyik”, – deyə o qeyd edib.   

Avropa Şurasının rəhbəri həmçinin Aİ ölkələri liderlərinin Brüsselin vasitəçilik səyləri ilə bağlı eyni fikirdə olduqlarını vurğulayıb.

Mənbə: Erməni KİV 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir