İdman

Qadınlardan ibarət Azərbaycan millisi Farer adalarını məğlub edib

Sharing is caring!


Qadınlardan ibarət Azərbaycan millisi Millətlər Liqasının qrup mərhələsinin III turunun oyununda Farer adaları yığmasını məğlub edib.

Oxu.Az xəbər verir ki, Klaksvik şəhərində gerçəkləşən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin qollarını Kristina Bakarandze və Manə Mollayeva vurublar. Xal ehtiyatını 7-yə çatdıran komanda yer aldığı qrupun vahid lideridir.

Qeyd edək ki, yığma növbəti görüşünü oktyabrın 31-də “Dalğa Arena”da Monteneqroya qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir