İqtisadiyyat

Azərbaycanda daha beş sahibkara “Startap” şəhadətnaməsi verilib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha beş KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Agentlikdən verilən məlumata görə, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 110-a çatıb.

Yeni şəhadətnamələr “Kipias” MMC-nin təmir-dizayn işini asanlaşdıran onlayn platforması, fiziki şəxs Ramin Əkbərovun rəqəmsal biznes şəbəkəsi platforması, “Baku Carsharing Company” MMC-nin avtomobillərin icarəsi üçün proqram təminatı, “Parqour” MMC-nin parkinq üçün proqram təminatı, “Yeni Zeon” MMC-nin mütəxəssislər üçün onlayn xidmətlər layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə formasını, lazım olan digər sənədləri, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənmək olar.

Bu ilin yanvar-sentyabr aylarında “Startap” şəhadətnaməsinin verilməsi üçün KOBİA-ya mikro və kiçik sahibkarlardan 77 müraciət daxil olub. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurasının rəyi əsasında 23-ü mikro, 1-i kiçik sahibkar olmaqla 24 KOB subyektinə şəhadətnamə verilib. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, səhiyyə, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətləri əhatə edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir