Cəmiyyət

Şəkidə “TIR” dərəyə aşıb – FOTO

Sharing is caring!


Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəki rayonun İnçə kəndi ərazisində TIR qəzaya uğrayaraq dərəyə aşıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yük avtomobilini Gürcüstan vətəndaşı idarə edirmiş.

Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan TIR qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir