Siyasət

Bu gün Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır

Sharing is caring!

15 oktyabr 2003-cü il Azərbaycanın tarixində yeni bir səhifə açıldı, yeni bir yol başladı. Bu yolla Azərbaycanda Ulu Öndər H.Əliyevin siyasəti davam etdirildi. Bu kursa səs verən xalqımız Ümumilli Liderə sevgisini, inamını bir daha sübut etdi. 1 oktyabr 2003-cü ildə Ulu Öndər Heydər Əliyev xalqa müraciətində demişdi: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyev ölkə iqtsadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkaşafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Azərbaycan siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb.
Cənab prezidentimiz yüksək intellektual səviyyəli ictimai dövlət xadimi və şəxsiyyətdir. Bu intellektual səviyyəni o, dövlət idarəçiliyinin bütün sahələrinə çox səriştə ilə tətbiq etməyi bacarır.
Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər”.
Müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafının son 20 illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır.
Ölkə başçısı möhtərəm İlham Əliyev cənablatının birbaşa ideya müəllifi olduğu bir sıra sosial-iqtisadi mahiyyətli Dövlət Proqramlarının qəbul edilməsi və onların icrası bu istiqamətdə atılmış strateji addımlardır. Son 20 il ərzində bu yöndə respublikamızın həyatında qlobal mahiyyət kəsb edən 10-dək dövlət proqramı qəbul edilmiş və çox böyük uğurla reallaşdırılmışdır. İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan böyük və şərəfli yol keçmişdir. Prezidentin təbirincə desək, ölkəmiz bütün sahələr üzrə möhtəşəm uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlmiş, aparılan siyasi – iqtisadi islahatlar isə dünya birliyi tərəfindən layiqincə qiymətləndirilmişdir.
Bu günlər Azərbaycan xalqı qürur, şərəf dolu tarixi günlər yaşayır. 30 illik münaqişə 44 günə öz həllini tapdı. Azərbaycan Silahlı qüvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı Ermənistan hərbi birləşmələri təslim oldu, qondarma qurum özünü buraxdığını elan etdi. Qarabağın hər yerində Xankəndində, Ağdərədə, Xocalıda, Xocavənddə üç rəngli bayrağımız dalğalandı.
Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Möhtərəm Prezident söylədiyi kimi Azərbaycanın bu qələbəsi, ərazilərimizdə separatizmə son qoyulması beynəlxalq hüquq və ədalətin təntənəsidir.
Təyyubə Hüseynova
Saray qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru,
Əməkdar müəllim

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir