İqtisadiyyat

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolçuları birgə müəssisə yaradıblar

Sharing is caring!


Bu gün Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

“APA-Economics” xəbər verir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər.

Məlumata görə, “Middle Corridor Multimodal Ltd.” adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır.

Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin – Avropa/Türkiyə – Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir