Siyasət

TBMM sədri: “Bəzi lobbilər Azərbaycanın qələbəsinə kölgə salmaq üçün kampaniya aparırlar”

Sharing is caring!


“Bəzi lobbilərin Azərbaycanın döyüş meydanında qazandığı qələbəsinə kölgə salmaq üçün kampaniyalar apardığının fərqindəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş oktyabrın 26-da Ankarada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, bütün dünya, o cümlədən ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) illərlə Qarabağ münaqişəsinin həlli üçün heç bir iş göstərməyiblər, həll yolu təklif etməyiblər: “Beləliklə, Azərbaycanın qətiyyətli mövqeyi və hərbi müdaxiləsi nəticəsində işğal faktına son qoyuldu”.

TBMM sədrinin sözlərinə görə, indi döyüş meydanında qazanılan qələbənin danışıqlar masası ətrafında uğurla yekunlaşdırılması vaxtıdır:

“Azərbaycanın bütün beynəlxalq platformalarda haqlı mübarizəsinə hələ də mane olmağa çalışanların olduğunun fərqindəyik”.

N.Kurtulmuş əlavə edib ki, Azərbaycan döyüş meydanındakı qələbəsinə kölgə salmaq istəyənlərə də qalib gələcək:

“Bu haqlı mübarizədə də qalib gələcəksiniz. Bu məsələ birdəfəlik həllini tapacaq. Xüsusilə, regionumuzdakı və dünyadakı proseslər göstərir ki, qarşıdakı dövrdə ciddi proseslər olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir