İqtisadiyyat

Elçin Əliyev: “Naxçıvanda real sektorun kreditləşməsi 35%-dən çox artıb” – FOTO

Sharing is caring!


“Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlərin 35,4%-i və ya 104 milyon 304 min manatı regionda real sektorun inkişafına yönləndirilib”.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur.

E.Əliyev qeyd edib ki, bu ilin ötən dövründə regionda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294 milyon 344 min manat kredit verilib:

“Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur. Əlbəttə ki, bu artım göstəriciləri bankların iqtisadiyyatı maliyyələşdirmə baxımından da öz töhfəsini verib”.

Qeyd edək ki, hazırda Naxçıvanda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı və bir kredit ittifaqı fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir