Cəmiyyət

Şəkidə yeniyetmə 35 yaşlı kişini qətlə yetirdi: Ayağı ilişib yıxıldı, durub ona şillə vurdu – TƏFƏRRÜAT + FOTO

Sharing is caring!


Şəkidə yeniyetmənin 35 yaşlı kişini qətlə yetirməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Qətlə yetirilən Tehran Mustafayevin atası Qüdrət Mustafayev “Report”a bildirib ki, oğlu Xan Sarayı ərazisində halva satışı ilə məşğul olub.

O, qətlə səbəb kimi oğlu ilə hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə arasında yaranan mübahisəni göstərir. Atanın sözlərinə görə, yeniyetmə ailəsi ilə birlikdə mağaza işlədir. Oğlu Tehran da tez-tez mağazaya gedərək alış-veriş edib. Nə baş veribsə, elə mağazada olub və daha sonra qətl törədilib: “Oğlum ailəli idi, iki uşağı var idi. İşdən gələndə oğlum mağazaya gedərək alver edib, çıxanda ayağı ilişib yıxılıb. Durub həmin yeniyetməyə bir şillə vurub. Sonra o da bununla “haqq-hesab” etməyə gəlib. Uşaq da Şəkidəndir, “Yuxarı Baş”dandır. Aralarında adi bir münaqişə olub və oğlum ölüb”.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən yeniyetmə evin tək oğlu olub. Qətlə yetirilən Tehran Mustafayev də ailənin tək oğul övladı olub. Onun iki övladı var. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Samir Babayev (şərti ad) şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir.

Xatırladaq ki, Şəkidə yetkinlik yaşına çatmayan şəxs 35 yaşlı kişini yaşadığı evin yaxınlığında qətlə yetirib. Hadisə Şəki şəhəri Mirzə Fətəli Axundov prospektində, Giləhli məhəlləsində baş verib. Yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti ad) 35 yaşlı Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir