Dünya

Sahibə Qafarova: “Cümhuriyyətin 100 illiyi təkcə Türkiyənin deyil, Azərbaycanın da bayramıdır” – FOTO

Sharing is caring!


“Türkiyə Cümhuriyyətinin 100 illiyi təkcə Türkiyənin deyil, həm də Azərbaycanın bayramıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə deyib.

O, Türkiyədə olmaqdan məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin önəmini vurğulayıb.

“Türkiyə Cümhuriyyətinin 100 illiyi bütün türk xalqlarının bayramıdır. Türkiyə bu gün türk xalqının başında duran böyük bir ölkədir. Türkiyə bu gün dünyada tanınan güclü dövlətlərdən biridir. Türkiyə bu gün öz sözünü deyən bir ölkədir”, – deyə S.Qafarova əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir