AKTUAL

Fatimə Hacıbəyli : Giorgi Gogia 20 illik fəaliyyəti dövründə bircə dəfə də olsun Qarabağın Azərbaycan torpağı olmasından bəhs etməyib

Sharing is caring!

Məlumdur ki, martın 8-də Şuşa yaxınlığından keçən qaz kəmərində qəza baş verib. Bundan sonra Xankəndi və  ətraf  ərazilərə mavi yanacağın verilməsində fasilələr yaranıb. Hadisənin baş verməsinə səbəb texniki amillərdir. Ancaq “Human Rights Watch”un Avropanın və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia öz “Twitter” səhifəsində yazıb ki, Dağlıq Qarabağın sakinləri istilik olmadan soyuğa dözürlər.
“Vəfa” Sosial Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyi haqqında statuslar, mətbuat açıqlamaları edilməsi xahiş olunur. Bununla yanaşı qeyd olunan təşkilatın ikili standartlarla fəaliyyət göstərməsi, Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı müharibə cinayətləri törətməsi haqqında heç bir məlumat verməməsi də qeyd olunmalıdır: “HRW özünün illik hesabatında qərəzə yol verib. 44 günlük müharibəyə görə  Azərbaycanı haqsız çıxarmağa çalışıb. Ancaq bu düzgün deyil. Giorgi Gogia 20 illik fəaliyyəti dövründə bircə dəfə də olsun Qarabağın Azərbaycan torpağı olmasından bəhs etməyib. Azərbaycanın qaçqın, köçkün probleminə toxunmayıb”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir