İqtisadiyyat

Azərbaycana idxal olunan avtomobillər 32 faiz artıb

Sharing is caring!


Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana, ümumilikdə 72 883 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 17 684 ədəd avtomobil və ya 32% artıb.

Ölkəyə gətirilən avtomobillərin 89 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 67 453 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 062 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 279 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir