İqtisadiyyat

Rusiya və Azərbaycan Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsini müzakirə edib

Sharing is caring!


Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə Rusiya Enerji Həftəsi çərçivəsində görüş keçirib.

Görüşdə Rusiyadan Azərbaycana neftin əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi imkanları müzakirə edilib.

Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovla görüşdə iki ölkə arasında neft-qaz, elektrik enerjisi və nüvə sektorlarında əməkdaşlığın genişləndirilməsi məsələləri qaldırılıb. Rusiya neftinin Azərbaycana əks tədarükü üçün Tixoretsk-Bakı neft kəmərinin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.

Tərəflər Rusiyada idxalı əvəzləmə siyasəti çərçivəsində Rusiya və Azərbaycan şirkətləri arasında texnoloji əməkdaşlığın qurulması perspektivlərini də müzakirə ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir