İqtisadiyyat

Yapon iş adamları işğaldan azad edilmiş ərazilərə pul qoymağa dəvət ediliblər

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Yaponiyadan olan iş adamlarını işğaldan azad edilmiş ərazilərə investisiya yatırmağa dəvət edir.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Osaka-Azərbaycan Turizm Forumunda KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycanla Yaponiya arasında biznes əlaqələrinin inkişafını dəstəkləyir:

“İki ölkə arasında əlaqələr dedikdə təbii ki, ilk olaraq turizm xatırlanır. KOBİA olaraq biz turizm əlaqələrinin inkişafı üçün çalışan sahibkarlıq subyektlərini dəstəkləməyə hazırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir