Cəmiyyət

Yevlaxda 20 yaşlı qadın odlu silahla öldürüldü

Sharing is caring!

Yevlaxda 20 yaşlı qadın odlu silahla öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda evlərin birində 2003-cü il təvəllüdlü Başxanım Salmanovanın odlu silahla öldürülməsi barədə polisə məlumat daxil olub.

Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir