İdman

Fernando Llorente karyerasını başa vurdu

Sharing is caring!

Məşhur hücumçu Fernando Llorente karyerasını bitirmək qərarına gəlib. İspaniyalı 38 yaşına az qalmış çəkmələrini divardan asıb.

“Futbol meydançasına qayıdacağam? Yox, yox. Mənim üçün bu, aydındır”, – deyə o İspaniya televiziyasına bildirib.

Qeyd edək ki, Fernando Llorente karyerası ərzində bir sıra klublarda çıxış edib. Bu siyahıya “Atletik Bilbao”, “Yuventus”, “Tottenhem”, “Sevilya”, “Suonsi”, “Napoli”, “Eybar” və “Udineze” daxildir.

Futbolçu İspaniya millisində 24 oyun keçirib və 7 qol vurub.

Mənbə: euro-football.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir