Cəmiyyət

Bakıda gündəlik bir milyon kubmetr çirkab su təmizlənmədən axıdılır

Sharing is caring!


“Hər gün Bakıda təxminən bir milyon kubmetr tullantı suyu mərkəzləşdirilmiş təmizlənmədən keçmədən ətraf mühitə axıdılır ki, bu da ümumi axının 40%-i deməkdir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

“Başqa bir problem isə irimiqyaslı layihələrin icrası zamanı yol verilən uyğunsuzluqlardır. Məsələn, Bakının Pirşağı qəsəbəsində 60 min insan üçün nəzərdə tutulan sutəmizləyici qurğu qurulub. Amma tullantı sularını təmizləyici qurğuya yönəldəcək kanalizasiya sistemi qurulmayıb. Lökbatan qəsəbəsində isə sutəmizləyici qurğu yoxdur, amma bütün xətlər çəkilib. Layihələrin bir-birinə uyğunlaşdırılması yaxşı olardı”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir