İqtisadiyyat

Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi dörd faizə yaxın artıb

Sharing is caring!


Bu ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 20 milyard 372,8 milyon manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat verib.

Bildirilir ki, bu, 2022-ci ilin səkkiz ayı ilə müqayisədə 3,7% çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artaraq 11 milyard 262,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2% artaraq 9 milyard 110,4 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,7%-i hüquqi şəxs statuslu müəssisələrdə, 47,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 723,2 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 7 milyard 162 milyon manatlıq ödənişli xidmət göstərilib. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 15,2% artıb, ticarət şəbəkəsində 20 milyard 173,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 549,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir