Dünya

Zelenski Avropa ölkələrinin birləşməsinə verdiyi töhfəyə görə mükafatlandırıldı – FOTO

Sharing is caring!


Almaniyanın Axen şəhərində Ukrayna prezidenti Volodimir Zelenski “Böyük Karl” mükafatına layiq görülüb. 

Mükafatlandırma mərasimində çıxış edən Almaniya kansleri Olaf Şolz Avropanın Zelenskiyə çox şey borclu olduğunu bildirib.

Mükafatlandırma mərasimində həmçinin Axen şəhərinin meri Sibilla Koypen, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Polşanın Baş naziri Mateuş Moravyeçki də iştirak ediblər.

“Böyük Karl” Mükafatı hər il Avropa ölkələrinin birləşməsinə verilən töhfəyə görə təqdim olunur.

Bundan əvvəl mükafata Papa Fransisk layiq görülüb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir