Cəmiyyət

Külli miqdarda narkotikə gərə tutulan şəxsə bəraət verilib

Sharing is caring!


Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Elyar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Elyar Osmanovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elyar Osmanova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir