Dünya

Çində kişini iki dəfə ildırım vurdu – FOTO

Sharing is caring!


Çin sakinini beş dəqiqə ərzində iki dəfə ildırım vurub.

Lakin o, sağ qalıb və hətta təcili yardımı da özü çağırıb.

Çinin Szunyi şəhərində yaşayan Lyu Nan adlı kişi evinin yaxınlığında ağ işıq görüb və bundan sonra huşunu itirərək yerə yıxılıb. O, nə baş verdiyini başa düşənə qədər yenidən parlaq işıq görüb və yenə huşunu itirib.

Lakin kişi möcüzəvi şəkildə ayılıb və bu zaman qorxu içində ona baxan ailəsini görüb. O, ildırım vurduğunu anlayıb və dərhal təcili yardım çağırıb. Zərərçəkmiş yerli xəstəxanaya aparılıb. Həkimlər onu iki dəfə ildırım vurduğunu təsdiqləyiblər. Çin sakinində ayaqlar, bel və omba nahiyəsində üçüncü dərəcəli yanıqlar aşkar edilib.

“Həmin an dərhal huşumu itirdim və özümə gələnə qədər bir neçə dəqiqə keçdi. Sonra yenə işıq parıldadı və ildırım artıq mən yerdə uzandığım zaman vurdu. Məni cərəyan vurduğunu bilsəm də, təsəvvür etmirdim ki, ətrafımdakı bütün torpaq da elektrikləşib”, – deyə Liu bildirib.

İldırım vurması adətən dəridə ciddi xəsarətlərin yaranmasına səbəb olur ki, Lyu Nan da istisna deyil. Nəticədə o, hələ də yanıq xəsarətləri ilə mübarizə aparır. Onun möcüzəvi şəkildə sağ qalmasından bir ay keçsə də, yanıqları hələ də sağalmayıb. Lakin hazırda vəziyyəti stabildir və həyatda olduğu üçün özünü şanslı hesab edə bilər.

Mənbə: Focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir