Cəmiyyət

Kəngərlidə yeni ATS quraşdırılıb

Sharing is caring!


Kəngərli rayonunun Qıvraq qəsəbəsində sakinlərə müasir multimedia xidmətlərinin göstərilməsi üçün yeni NGN tipli Avtomat Telefon Stansiyası quraşdırılıb.

Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib. Belə ki, nazirliyin mühəndisləri tərəfindən mövcud Karel tipli ATS üzərindəki nömrələr yeni quraşdırılan 848 nömrətutumlu Avtomat Telefon Stansiyasına köçürülüb.

Qeyd edək ki, yeni quraşdırılan ATS vasitəsilə istifadəçilər telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri ilə təmin olunurlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir