İdman

“Neftçi”nin prezidentindən klubun Rusiyada keçiriləcək turnirdə iştirakına dair AÇIQLAMA

Sharing is caring!


“Beynəlxalq təcrübə və yoldaşlıq oyunları hər bir komanda üçün son dərəcə vacibdir”.

Bu sözləri “Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru Fərrux Mahmudov komandanın Rusiyada keçiriləcək yeni yoldaşlıq turnirində iştirakına dair sualı cavablandırarkən deyib.

“Bir sözlə, bu baş verə bilər. Turnirdə iştirak məqsədi ilə Rusiyaya ikinci səfərimizə gəlincə, bizim üçün istənilən təcrübə önəmlidir”, – Fərrux Mahmudov Rusiyanın idman nəşrlərindən birinə verdiyi müsahibədə vurğulayıb.

Xatırladaq ki, cari ilin iyul ayında Bakının “Neftçi” klubu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən “PARI Premyer Kuboku” beynəlxalq yoldaşlıq turnirində iştirak edib. Turnirə “Zenit”, “Fənərbaxça”, “Srvena Zvezda” kimi klublar qatılıblar. Azərbaycan təmsilçisi turnirdə keçirdiyi hər üç oyunda məğlub olub.

Mənbə: Sport-express

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir