İqtisadiyyat

Azərbaycan sığortaçıları Beynəlxalq Sığorta Zirvəsində iştirak edirlər – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə sayca 12-ci sığorta həftəsi çərçivəsində Beynəlxalq Sığorta Zirvəsi keçirilir.

Bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, qurumun icraçı direktoru Elmar Mirsalayevin rəhbərlik etdiyi nümayəndə heyəti də konfransda iştirak edir. Konfransa, həmçinin, Türk Dünyası Sığorta Birliyinin digər həmtəsisçiləri, habelə dünya sığorta bazarlarının tanınmış simaları qatılıblar.

Beynəlxalq Sığorta Zirvəsi aktual istiqamət olan “Fəlakət riskləri və sığorta: Fəlakətlərin təsirlərinin azaldılmasında sığortaçıların rolu” mövzusuna həsr olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir