İqtisadiyyat

AMB-nin departament rəhbəri: “Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək”

Sharing is caring!


“2023-cü ilin avqust ayında “Ödəniş sistemləri və xidmətləri haqqında” Qanun layihəsi təsdiq olunub. Layihənin noyabr ayında qüvvəyə minməsi gözlənilir”.

Oxu.Az-ın məlumatın görə, bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda bildirib.

Onun sözlərinə görə, layihə qüvvəyə mindikdən sonra növbəti altı ay ərzində ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və operatorlarının qanunauyğun şəkildə lisenziyadan keçməsi üçün vaxt verilir.

“Bu qanunun qəbul edilməsi ölkənin ödəniş bazarının müasirləşməsinə şərait yaradacaq. Ödəniş xidməti təchizatçılarına bərabər bazar şəraiti yaradacaq”.

O qeyd edib ki, bu ilin altı ayında ödəniş kartlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 20 faiz artaraq, 15 milyonu üstələyib:

“Bu dövr ərzində kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi iki dəfə artaraq, 24 milyard manata çatıb. Bu gün POS-terminallarda aparılan hər dörd əməliyyatdan biri mobil telefonların payına düşür”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir