Dünya

Öz yetirməsi olmayan futbolçuların alqı-satqısından ən çox qazanan və ziyana düşən klublar – SİYAHI

Sharing is caring!


Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) akademiyasının yetirməsi olmayan futbolçuların alqı-satqısından ən çox gəlir əldə edən və ziyana düşən klubların adlarını açıqlayıb.

Araşdırma 2014-2023-cü illəri əhatə edib.

Fransanın “Lill” klubu yetirməsi olmayan futbolçuların alqı-satqısı zamanı ən yüksək müsbət balansa sahibdir. Adıçəkilən komanda 386 milyon avro qazanc götürüb. Seleksiya işi ən uğursuz olan İspaniya “Barselona”sı isə bu müddətdə 631 milyon avro itirib.

Ən çox qazanc əldə edən klublar:

1. “Lill” (Fransa) – 386 milyon avro;

2. “Ayaks” (Niderland) – 317 milyon avro;

3. “Zaltsburq” (Avstriya) – 233 milyon avro;

4. “Monako” (Fransa) – 218 milyon avro;

5. “Leypziq” (Almaniya) – 216 milyon avro;

6. “Sassuolo” (İtaliya) – 208 milyon avro;

7-8. “Benfika” (Portuqaliya) – 200 milyon avro;

7-8. “Atalanta” (İtaliya) – 200 milyon avro;

9. “Ayntraxt” (Almaniya) – 182 milyon avro;

10. “Sportinq” (Portuqaliya) – 169 milyon avro.

Ən çox ziyana düşən klublar:

1. “Barselona” (İspaniya) – 631 milyon avro;

2. “Çelsi” (İngiltərə) – 483 milyon avro;

3. “Arsenal” (İngiltərə) – 436 milyon avro;

4. PSJ (Fransa) – 410 milyon avro;

5. “Mançester Yunayted” (İngiltərə) – 328 milyon avro;

6. “Milan” (İtaliya) – 298 milyon avro;

7. “Aston Villa” (İngiltərə) – 256 milyon avro;

8. “Everton” (İngiltərə) – 251 milyon avro;

9. “Liverpul” (İngiltərə) – 249 milyon avro;

10. “Yuventus” (İtaliya) – 219 milyon avro.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir