Siyasət

Heydər Əliyevin üçrəngli bayraq sevgisi – VİDEO

Sharing is caring!


1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağımız ikinci dəfə məhz Naxçıvan Muxtar Respublikasında qaldırılıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının dövlət atributları müəyyən edilib, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) adından “Sovet Sosialist” sözləri çıxarılıb və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanın milli bayrağı kimi qəbul olunub.

1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılmış milli bayraq Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün atılan ilk addımlardan idi.

Ulu öndər Heydər Əliyevin cəsarətli təşəbbüsü ilə yenidən göylərə qaldırılan üçrəngli bayrağımız bu gün Azərbaycan xalqının qürur mənbəyidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir