İqtisadiyyat

Azərbaycan Banklar Assosiasiyasının prezidenti: “Fintex banklar üçün yeni sahədir”

Sharing is caring!


“2023-cü ilin 1 iyun vəziyyətinə görə, bank toplam aktivlər 44,9 milyard manat təşkil edib”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan dövrdə bankların verdiyi kreditlərin həcmi 21,4 milyard manata çatıb, banklar tərəfindən cəlb edilən əmanətlərin həcmi isə 12,7 milyard olub”.

Z.Nuriyev əlavə edib ki, fintex banklar üçün yeni sahədir və banklar hazırda onları özləri təsis edirlər.

Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyinin (AZFINA) İdarə Heyətinin sədri Ruslan Talıbov isə bildirib ki, bu ilin birinci yarısında dünyada fintex sahəsinə 52 milyard dollar investisiya edilib:

“Bu qlobal investisiyalar sayəsində 2 154 yeni sövdələşmə imzalanıb. Azərbaycan Mərkəzi Bankının qəbul etdiyi yeni qanun sahəsində fintexlər pul köçürmələri edə biləcəklər:

“Nəticədə Elektron Pul Təşkilatları hüquqi və fiziki şəxslərə ödəniş hesabları açıb xidmət göstərə biləcəklər”.

R.Talıbov əlavə edib ki, Azərbaycan və Türkiyə fintexləri üçün maraq kəsb edəcək.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir