İqtisadiyyat

Azərbaycanda betonun keyfiyyətini yoxlamaq üçün yeni sistem tətbiq ediləcək

Sharing is caring!


Azərbaycan və Türkiyə arasında ölkəmizdə Elektron Beton Monitorinq Sisteminin yaradılması üçün əməkdaşlıq protokolu imzalanıb.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumatda qeyd olunur ki, bu sistemin yaradılması ilə bağlı Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Azərbaycan, Özbəkistan, Albaniya, Türkmənistan, Qətər, Qazaxıstan, Qırğızıstan və Şimali Kiprdən olan müraciətlər əsasında bu ölkələrdə görüşlər keçirib.

Son nəticədə Azərbaycan, Özbəkistan, Albaniya, Qətər və Şimali Kiprlə əməkdaşlıq protokolları imzalanıb, Türkmənistan, Qazaxıstan və Qırğızıstanla isə danışıqlar aparılır.

“Bu sistem Türkiyədəki zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri qabaqcadan aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb. Elektron Beton Monitorinq Sistemində nümunələrin hansı konstruksiyadan, hansı betonqarışdıran maşından, hansı gün, neçə saat, laboratoriyanın hansı işçiləri tərəfindən götürülüb-götürülmədiyi, tikinti müfəttişlərinin iştirakı ilə götürülüb-götürülmədiyi yoxlanılır. Nümunələr müvafiq standartda göstərilən müddətlərdə tikinti sahəsində və qurutma hovuzunda saxlanılır, heç bir müdaxilə olmadan onlayn rejimdə nazirlik sisteminə ötürülməsi təmin edilir”, – deyə Türkiyənin Tikinti İşləri Baş İdarəsindən bildirilib.

Türkiyədə bu sistem 2018-ci ildən tətbiq olunur. Bu il avqustun 14-nə qədər ölkə daxilində 381 376 binadan 30 388 676 çip beton nümunəsi götürülüb və 99,45% uğurlu nəticə əldə edilib.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir