Cəmiyyət

Lerikdə qeyri-adi hadisə: Evlənmək üçün kiçik bacısının sənədi ilə nikaha girdi – İDDİA + VİDEO

Sharing is caring!


Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib. 

Xezerxeber.az-ın məlumatına görə, Ə.Orucov bildirib ki, evli olduğu şəxs ondan 12 yaş böyük olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib.

Bundan isə evləndikdən 10 il sonra xəbər tutub.

O qeyd edib ki, həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.

Əliyar bildirib ki, 2012-ci ildə evlənəndə, başına bunların gələcəyi, yatsa yuxusuna da girməzdi.

O, boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir. Ə.Orucov bildirib ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı, bu halı qəbul etməyi tələb edib.

Məsələ ilə bağlı Əliyarın həyat yoldaşı Ruhəngiz xanım ittihamı rədd edib və bildirdi ki, deyilənlər yalandır.

“Bəs, hamının sizi ailənin böyük qızı hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib?” sualına isə, cavab olaraq bildirib ki, sənəddə necə yazılıbsa, həqiqət odur. 

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir