İqtisadiyyat

“Azərbaycan Dəmir Yolları”nın Müşahidə Şurasının tərkibi dəyişdirildi

Sharing is caring!


Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

President.az-ın xəbərinə görə, dəyişikliklə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257; 2022, № 5, maddə 534) birinci hissəsində “Emil Məcidov – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri” sözləri “Cəfər Babayev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir