İqtisadiyyat

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə TİƏ ilin sonunadək hazırlanacaq

Sharing is caring!


Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi üzrə Texniki-İqtisadi Əsaslandırma (TİƏ) ilin sonuna qədər hazır olmalıdır.

Bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinin saytında bildirilir.

“Tərəflər razılaşıblar ki, Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin qarşılıqlı əlaqəsi üzrə TİƏ-nin yekunlaşdırılması 2023-cü ilin sonuna qədər başa çatdırılmalıdır”, – məlumatda deyilir.

Qərar Rusiya energetika nazirinin müavini Pavel Snikkars, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov, İranın energetika nazirinin müavini Homayun Xaeri və üç ölkənin enerji şirkətlərinin nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda qəbul edilib.

“Hazırda iştirakçı ölkələrin elektrik şəbəkələri ilə elektrik enerjisinin ötürülməsi üçün müxtəlif şərtlər ətraflı təhlil edilir, əlavə enerji obyektlərinin tikintisi nəzərdən keçirilir”, – deyə nazirliyin saytında yer alan məlumatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir