İdman

“Sabah”ın mümkün rəqiblərinin oyununda qalib müəyyənləşməyib

Sharing is caring!


“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin III raunddakı ilk oyununda qalib müəyyənləşməyib.

Oxu.Az xəbər verir ki, Rumıniyada “Styaua” və Danimarka “Norşellan” arasında keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.

Qonaqlar 59-cu dəqiqədə meydanda azlıqda qalıblar. Adamo Naqalo ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, bu cütün qalib pleyt-off mərhələsində “Sabah” – “Partizan” (Serbiya) duelinin güclüsünə rəqib olacaq. Bakı klubu evdə Belqrad təmsilçisinə qarşı keçirdiyi III raundun ilk matçında 2:0 hesablı qələbə qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir