Dünya

Krımda residivist oğrular mağazanı 49 saniyəyə soydular – VİDEO

Sharing is caring!


İki residivist oğru 49 saniyə ərzində Krımın Aluşta şəhərindəki mağazadan külli miqdarda avadanlıq oğurlayıb.

Məlumata görə, mağaza gecə saatlarında qarət edilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa görə əvvəllər məhkum olunmuş 44 və 46 yaşlı Simferopol şəhər sakini olan iki nəfər saxlanılıb.

Oğrular 49 saniyə ərzində mağazadan 310 min rubl (5 403 manat – red.) dəyərində smartfon, smart saat və mulyaj oğurlaya biliblər. Həbs olunana qədər onlar avadanlıqların artıq bir hissəsini satıblar. Qalanı isə zərərçəkənə qaytarılıb.

Hadisə ilə bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb. Cinayətkarları altı ilə qədər həbs gözləyir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir