Dünya

Konfrans Liqası: “Qarabağ”ın potensial rəqiblərinin ilk duelini Rumıniya klubu qazanıb

Sharing is caring!


“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri olan Rumıniyanın “Farul” və Estoniyanın “Flora” komandaları III təsnifat mərhələsində ilk oyunlarını keçiriblər.

Oxu.Az xəbər verir ki, Konstantsada baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Georgi Hacının baş məşqçi olduğu komandanın qollarını 48-ci dəqiqədə Denis Alibek, 80-ci dəqiqədə Konstantin Budesku və 90+5-ci dəqiqədə Dioqu Lukaş Keyroş vurub.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Finlandiya HİK-ini 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisi avqustun 17-dəki cavab matçında bu raundu keçə bilməsə, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir