İqtisadiyyat

Toğanalı-Kəlbəcər-İstisu yolunun və beş tunelin inşasından görüntülər – FOTO

Sharing is caring!


Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 kilometr uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

“Report” xəbər verir ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 kilometr, Kəlbəcər-İstisu 26 kilometr təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 metrdən Murovdağ zirvəsinədək 3 250 metrə qədər artır.

Bu hissədə dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561,2 metr, 626,9 metr, 480 metr və 947,90 metr uzunluğunda dörd tunelin tikintisi də həyata keçirilir.

Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699,6 metr, Sağ hissəsi isə 11 678,7 metr (ümumi uzunluğu 23 378,3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.

561,2 metr uzunluğunda olan Tunel №1-də, 626,9 metr uzunluğunda olan Tunel №2-də və uzunluğu 480 metr təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947,9 metr olan Tunel №5-də isə qazma və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.

Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu iki, üç və dörd hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin iki zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14,2, II dərəcəli yolun ümumi uzunluğu 34,8 kilometr, III dərəcəli yolun ümumi uzunluğu isə 33 kilometr təşkil edir.

Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan altı qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.

Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.

Layihə çərçivəsində 164 (3 437 metr) dairəvi borunun, 118 (3 541 m) düzbucaqlı borunun, 1 (28 m) heyvan keçidinin, 18 (6 229 m) U tipli və düzbucaqlı suötürücü qurğunun, 2 433 m trapez kanalın, 64 534 kvadratmetr Geoerme divarın, 5 363 metr istinad divarının, 36 346 metr daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.

Sadalanan işlər üzrə artıq 50 dairəvi, 47 düzbucaqlı borunun, bir heyvan keçidinin, doqquz U tipli və düzbucaqlı suötürücü qurğunun, 9 561 metr daş divarın və 4 854 metr istinad divarının, 1057 metr trapez kanalın və 43 581 kvadratmert Geoerme divarın tikintisi yekunlaşıb.

Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41% təşkil edir.

Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir