Cəmiyyət

Bir yaşlı körpə yeriməyə çalışarkən qaynar suda yanıb – FOTO

Sharing is caring!


Bir yaşlı körpə ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Çinarə Həsənova məlumat verib.

O qeyd edib ki, hadisə 31 iyul tarixində ehtiyatsızlıqdan baş verib:

“Bir yaşlı oğlum Uğur Həsənov təzəlikcə yeriməyə başlayıb. Bəzən yeriyərkən yıxılır. Həmin gün yeriməyə çalışarkən yenidən yıxıldı və süfrədən tutmağa cəhd göstərdi. Bu zaman süfrədə olan qaynar çaydan onun üzərinə dağıldı. Bakıda xəstəxanalardan birində müalicə alırıq. Oğluma ikinci dərəcəli yanıq diaqnozu qoyulub. Həkimlər ona dərman və mazlar yazsalar da, cibimdə onu ala bilmək üçün qəpiyim belə yoxdur. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Buraya gələrkən üzərimizdə ancaq yolpulumuz olub. Gəldiyimiz gün xəstəxanada tanımadığım bir xanıma yaxınlaşıb övladımın altını dəyişmək üçün belə bez ala bilmədiyimi dedim. O isə 20 manat verdi. Ümumi müalicəni apara bilməyimiz üçün bizə 800 manat pul lazımdır”.

Əlaqə nömrəsi: 050 962 30 16 (Çinarə Həsənova )

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir