İqtisadiyyat

SOCAR-la “Qalatasaray” arasında saziş imzalanacaq

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye” ilə İstanbulun “Qalatasaray” klubu arasında Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi imzalanacaq.

Bu barədə idman klubundan məlumat verilib.

Bildirilib ki, müqavilənin imzalanma mərasimi iyulun 31-də baş tutacaq.

Qeyd olunub ki, müqavilə 2023-2024 mövsümündən başlayaraq, üç illik müddət üçün nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir