Dünya

Roma Papası Ukrayna müharibəsi barədə: “Bu, Tanrıya qarşı ağır təhqirdir”

Sharing is caring!


Papa Fransisk Vatikanda bazar günü xütbəsi zamanı Rusiyaya müraciət ünvanlayıb.

O, Moskvanı taxıl müqaviləsini yeniləməyə çağırıb.

“Biz hər şeyi, o cümlədən taxılı məhv edən müharibədə Ukrayna üçün dua etməyi dayandırmırıq. Bu, Tanrıya qarşı ağır təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün bəxş etdiyi nemətdir. Aclıqdan əziyyət çəkən bacı-qardaşların fəryadı göylərə ucalır”, – pontifik bəyan edib.

Vatikanın Müqəddəs Pyotr meydanında Apostol sarayının pəncərəsindən danışan pontifik “Mən Kreml nümayəndələrini Qara Dəniz Təşəbbüsünü bərpa etməyə çağırıram ki, taxılın təhlükəsiz daşınması mümkün olsun”, – deyə bildirib.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir