Cəmiyyət

Masallıda qısqanc ər arvadını qətlə yetirib

Sharing is caring!


Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, iyulun 30-da saat 18:30 radələrində Masallı rayonu Təklə kəndində evlərin birində 1979-cu il Məmmədova İlkanə Müseyib qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1976-cı il təvəllüdlü Məmmədov Yalçın Habil oğlu daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir