İqtisadiyyat

Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib

Sharing is caring!


Ləğvetmə prosesində olan bankın pozulmuş ipoteka krediti öhdəliyi ilə bağlı qərar qəbul edilib.

“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Banklar haqqında” qanunun 81.1-ci və 81.3-cü maddələrinin İnzibati Prosessual Məcəlləsinin 131-ci və 132-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.

Qəbul olunmuş qərara əsasən, “Banklar haqqında” qanunun 81-ci maddəsi ilə kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan aktivlərin realizə qaydası tənzimlənir. “Banklar haqqında” qanun, habelə İnzibati Prosessual Məcəllənin müvafiq maddələrinin hüquqi mahiyyəti baxımından ləğvetmə prosesində olan bankın pozulmuş kredit öhdəliyinə görə kreditorun üçüncü şəxslərə məxsus ipoteka (girov) predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar tələbinə inzibati icraat qaydasında deyil, mülki (iddia) icraat qaydasında baxılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir