Cəmiyyət

Allahşükür Paşazadə qan verib

Sharing is caring!


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar QMİ-də qan verib.

Oxu.Az xəbər verir ki, eyni zamanda dini konfessiya rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev də qan veriblər.

Qeyd edək ki, bu gün Aşura günüdür. Məhərrəm ayı iyulun 19-da başlayıb. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda səkkiz məscid və ziyarətgahda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir