Cəmiyyət

Ceyhun Kərəmov: “Peşə təhsili alan şəxslərin təxminən 30 faizi qadındır”

Sharing is caring!


“Peşə təhsili alan şəxslərin təxminən 30 faizi qadındır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, 2023/2024-cü tədris ili üçün ümumilikdə 25 420 yer ayrılıb:

“Bunlardan 18 290 yer dövlət sifarişli, 7 130 yer ödənişlidir. Hər il dövlət sifarişli yerlərin sayı artırılır. Dövlət sifarişli yerlərin sayı hər il əvvəlkindən təxmini 2 000-dən çox olmaqla artırılır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir