Mədəniyyət

Emmanuil Vitorqan Heydər Əliyev Sarayında çıxış edəcək

Sharing is caring!


Noyabrın 5-də Heydər Əliyev Sarayında Rusiyanın Xalq artisti Emmanuil Vitorqan çıxış edəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycanın Fəxri mədəniyyət işçisi, məşhur həmyerlimiz yeni “Həyat davam edir” yubiley monotamaşasını təqdim edəcək.

Qeyd edək ki, yaradıcılıq fəaliyyətinin 60-cı ilini qeyd edən aktyor hər zaman Bakıda olmaqdan və həmyerlilərinin qarşısında çıxış etməkdən məmnunluğunu bildirir.

Biletləri Iticket.az saytından onlayn və şəhərin kassalarından əldə etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir