Cəmiyyət

Bakıda dövlət xəstəxanasında əlil arabası yoxdur? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Bakıda dövlət səhiyyə müəssisəsində xəstələrin daşınması üçün arabanın olmadığı iddia edilir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Vətəndaş qeyd edir ki, söhbət Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 26 saylı dövlət xəstənasından gedir:

“Yaşlı qadını xəstəxanaya aparmaq üçün bir araba tapılmır. Bu da dövlət xəstəxanası”.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xəzər Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsində xəstələrin daşınması üçün iki ədəd əlil arabası mövcuddur:

“Zərurət yarandıqda hər bir pasiyent üçün arabalar ayrılır, porter vəzifəsində çalışan işçi planlı şəkildə xəstənin daşınmasını həyata keçirir.

Əgər həmin anda arabalar başqa xəstələrin daşınmasına cəlb olunursa, xəstəyə bir qədər gözləmək təklif olunur”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir